Şəhid Elvin Əhmədovun atası Qələndər Əhmədov dünyasını dəyişib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mərhum Qazax rayonunun Qarapapaq kənd qəbirlistanlığında, şəhid oğlunun yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Elvin Əhmədov 2023-cü ilin 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub.
O, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.