Bu gün "1xeber" xəbər platformasının 10 illiyi tamam olur.
Manset.az xəbər verir ki, 19 iyul 2016-cı ildə fəaliyyətə başlayan "1xeber" ötən müddətdə operativ, obyektiv və məsuliyyətli jurnalistika prinsiplərinə sadiq qalaraq ölkədə və dünyada baş verən mühüm hadisələri ictimaiyyətə çatdırıb. Platforma eyni zamanda vətəndaş müraciətlərinin işıqlandırılması və sosial problemlərin gündəmə gətirilməsi istiqamətində də fəal fəaliyyət göstərib.
"1xeber" kollektivi bu illər ərzində onlara etimad göstərən oxucularına, izləyicilərinə, əməkdaşlarına və tərəfdaşlarına təşəkkürünü bildirərək, bundan sonra da peşəkar jurnalistika prinsiplərinə sadiq qalacaqlarını vurğulayıb.
10 illik yubiley münasibətilə "1xeber.media" kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq.