logo
logo logo
logo

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla özəl müsahibə  

22:57 - 14 Oktyabr 2026

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla özəl müsahibə  

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib.


Manset.az xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist, Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyevə verdiyi müsahibədə Azərbaycan-Türkiyə münasibətləri, strateji tərəfdaşlıq, sərhədlərin açılması, iki dövlət arasında bağlanan mühüm strateji müqavilələr və bir sıra digər mühüm məsələlərlə bağlı açıqlamalar verib.

Onu da bildirək ki, Binəli Yıldırımla özəl videomüsahibə ötən həftə baş tutub. Dünən isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş danışmanı Oktay Saral Azərbaycanın əleyhinə bir sıra açıqlamalar verərək ölkəmizin daxili işlərinə qarışacaq ifadələr işlədib. Binəli Yıldırım bu müsahibədən əlavə, bu gün telefon əlaqəsi vasitəsiylə Saralın açıqlamasına da münasibət bildirib.

B.Yıldırım onun açıqlamalarının Türkiyə Prezidentinin və dövlətinin siyasətini əks etdirmədiyini bildirib.

Həmin geniş videomüsahibəni sizə təqdim edirik:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az