Erməni ordusunda rüsvayçılıq- Fərari komandir 20 hərbçinin ölümünə səbəb olub

15:02 - 11 Fevral 2022

Erməni ordusunda rüsvayçılıq- Fərari komandir 20 hərbçinin ölümünə səbəb olub

Ermənistanda 44 günlük Vətən müharibəsi zamanı 20 hərbçinin ölümünə səbəb olmuş mayor haqqında cinayət işi açılıb.

 

Manset.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, hüquq-mühafizə orqanları döyüş meydanından qaçan keçmiş qondarma rejimin hərbi hissələrindən birinin artilleriya taborunun qərargah rəisinə qarşı ittiham irəli sürülüb. - Mayor G.G. müharibə zamanı və ya döyüş şəraitində xidmətə səhlənkar münasibətdə ittiham olunurlar. Ermənistan Baş Prokurorluğunun məlumatında bildirilir ki, 2020-ci il oktyabrın 12-də Füzuli yaxınlığında, Cuvarlı sektorunda gedən döyüşlər zamanı sözügedən diviziyanın birinci batareyasının mövqelərinə Azərbaycan bölmələri tərəfindən hücum edilib. Bölmənin komandiri olan mayor düşmənin intensiv atəşi altında qalan şəxsi heyətin müdafiəsini təşkil edib köməyə gəlmək əvəzinə, şəxsi heyətin hamısını ərazidə başsız qoyaraq “QAZ 33081” markalı hərbi yük maşını ilə döyüş meydanından qaçıb. Mütəşəkkilsizlik və xaos nəticəsində hərbi qulluqçular bacarıqlı şəkildə müqavimət göstərə bilməyib, nəticədə 20 əsgər qısa müddətdə həlak olub.

Mayor G.G.-nin işi ilə bağlı epizod üzrə ibtidai istintaq yekunlaşıb, ittiham aktı ilə iş Zəngəzur rayon ümumi yurisdiksiya məhkəməsinə verilib. İstintaqın qalan hissəsi davam etdirilir, 2020-ci ilin oktyabr ayında qeyd olunan ərazidə baş vermiş faciəvi hadisələrə görə məsuliyyət daşıyanların hamısının müəyyən edilməsi istiqamətində tədbirlər görülür,-məqalədə yazılıb.

Xatırladaq ki, ötən il Füzulidəki adıçəkilən ərazidə məhv edilmiş hərbçilərin yaxınları yüksək rütbəli zabiti məlum ölümlərdə ittiham etmişdi. Onlar, xüsusən də "Müdafiə Ordusu"nun keçmiş komandanı Cəlal Arutyunyan və artilleriya rəisi Gennadi Bağdasaryanı Füzuli yaxınlığında bütöv bir bölmənin məhv edilməsinə səbəbkar bilirdilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az