Xəbər verdiyimiz kimi fevralın 13-də Bakının Binəqədi rayonunda gənclər arasında baş verən mübahisə ölümlə nəticələnib.
Manset.az xəbər verir ki, “Qafqazinfo”nun xəbərinə görə, rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyev aralarında mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib, Eynulla İbadov xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə Yəhya Quliyevin evinin önündə baş verib. Belə ki, o, gecə saatlarında evinin qarşısında səs-küy olduğunu görüb və bundan sonra çölə çıxıb. Yəhya evinin qarşısında olan şəxslərdən gecə saatlarında səs-küy salmamalarını istəyib, bundan sonra tərəflər arasında əvvəlcə mübahisə yaranıb, daha sonra mübahisə davaya çevrilib.
Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən Müharibəsi iştirakçısı olub. 23 yaşlı Yəhya “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.