Füzulidə vəfat edən hərbçi dəfn edildi - FOTO

22:17 - 14 May 2022

Füzulidə vəfat edən hərbçi dəfn edildi - FOTO

Mayın 12-də Füzuli rayonunda baş vermiş yol qəzasında vəfat edən hərbçi doğulduğu Şamaxı rayonunda dəfn edilib.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  baş gizir Zahid Səlimov Şamaxının Əhmədli (keçmiş Kürdəmic) kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində baş verib. C.Fətəliyevin idarə etdiyi “Hyundai” və M.Mənsimovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub.

Nəticədə M.Mənsimovun sərnişini Zahid Səlimov hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Z.Səlimov Vətən Müharibəsidə iştirak edib və “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az