Bakıda işıqfor dirəkləri OĞURLANDI

12:25 - 25 İyul 2022

Bakıda işıqfor dirəkləri OĞURLANDI

Bakının Buzovna qəsəbəsində anbardan işıqfor dirəkləri oğurlanıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Manset.az-a məlumat verilib.

Bildirilib ki, Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qəsəbə ərazisində yerləşən “Avtopark” MMC-nin anbarından üç ədəd işıqfor dirəyini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü ( Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da məlum olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az