“Gələcəkdə 5 yaşdan aşağı uşaqların məktəbəqədər təhsilə cəlbi nəzərdə tutula bilər”.
Manset.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev bu keçirilən brifinqdə bildirib.
Nazir əlavə edib ki, bu gün ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsildə göstəricisi 85 %-dir: “Hədəfimiz bu göstəricinin 90 %-dən yuxarı qaldırılmasıdır”.