Azər Zahid hörmətsizlik etdiyi qazidən üzr istədi - VİDEO

09:05 - 28 İyul 2022

Azər Zahid hörmətsizlik etdiyi qazidən üzr istədi - VİDEO

Ötən gün aparıcı Azər Zahidin sosial şəbəkələrdə qazi Amil Əliyevlə qalmaqallı videosu yayılıb. Görüntülərdə aparıcının görmə məhdudiyyətli qaziyə zərf verərək "Sən onsuz da saya bilməyəcəksən" sözlərini deməsi insanların qınaq obyektinə çevrildi.

 

Manset.az xəbər verir ki, bu haqda BAKU.WS-ə açıqlama verən aparıcı Tiktokda canlı yayım açaraq baş verənlərə aydınlıq gətirəcəyini bildirmişdi. Ötən gecə Azər Amili canlı yayıma dəvət edərək bütün söz-söhbətələrə son qoyub.

Yaranmış vəziyyəti izah edən aparıcı Amilin ondan incimədiyini deyib və ondan dəfələrlə üzr istəyib. 

Xatırladaq ki, Amil İkinci Qarabağ müharibəsində yaralanaraq iki gözünü itirib. O, düşmən postunda minaya düşərək ağır yaralanıb və 3 gün komada qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az