Əvəz Hafizlini öldürən qohumuna HÖKM OXUNDU

16:40 - 29 İyul 2022

Əvəz Hafizlini öldürən qohumuna HÖKM OXUNDU

Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevə hökm oxunub və o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Manset.az Report-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, Ə.Güləliyev qohumu, 24 yaşlı Əvəz Hafizlini yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirib.

Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az