Cəmil Həsənli Milli Şuradan gedir

11:07 - 30 İyul 2022

Cəmil Həsənli Milli Şuradan gedir

Milli Şuranın sədri Cəmil Həsənli tutduğu vəzifədən getmək niyyətindədir.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, Cəmil Həsənli bu barədə İngiltərədə BBC Azərbaycanca-ya müsahibəsində bildirib.  

“Mən Milli Şura sədrliyindən getməklə bağlı bir təklif vermişəm. Milli Şura gəncləşməlidir, yeniləşməlidir Mən artıq 8-ci ildir bu təşkilatın rəhbərliyindəyəm. Nəyəsə insanları çağırırsansa, əvvəl özün o prosesin önündə olmalısan. Londonda, Parisdə, Berlində, ya da Vaşinqtonda oturub insanları riskli bir cəmiyyətdə etiraza çağırmağın bir az əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki, hər yerdən, o cümlədən bu dünyadan da gərək vaxtında gedəsən”, - deyə Cəmil Həsənli qeyd edib.

O, həmçinin vurğulayıb ki, Milli Şuranın sədrliyindən istefa versə də, Şuranın rəhbərliyində qalmaq niyyətindədir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az