Məşhur fenomen Selin Ciyerci futbolçu həyat yoldaşı Gökhan Çıradan ikinci dəfə ayrılır.
Manset.az xəbər verir ki, yayılan bəzi iddialara görə, cütlüyün ayrılmasına səbəb Gökhanın Seline xəyanətidir.
Belə ki, Gökhan Çıra müğənni Nezin ad günündə Tiktok fenomeni Kardeniz Kılıça göz vurub. Həmin anlar fenomenin instaqram hesabında yer alıb. Gökhan həmin videonun silinməsi üçün Kılıçla mesajlaşıb və ona müəyyən təkliflər irəli sürüb. Selin bu mesaja çox əsəbiləşib və Gökhan Çıra ilə ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Ciyerci özündən 12 yaş kiçik Çıra ilə evliliyini ötən ilin sentyabrında bitirib. 2022-ci ilin yanvarında etdikləri paylaşımlarla barışdıqlarını, may ayında isə ikinci dəfə evləndiklərini açıqladılar.
