Generalın oğlu Salyanda restoran açdı - Atasının doğulduğu kəndin adını qoydu

20:27 - 31 İyul 2022

Generalın oğlu Salyanda restoran açdı - Atasının doğulduğu kəndin adını qoydu

Dünən Salyan rayonu ərazisində “Yolüstü” adlı restoranın açılış mərasimi keçirilib.

Sözügedən restoran Bakı-Astara magistralının hər iki kənarında yerləşir.
Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, həmin restoran Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun oğluna məxsusdur. Restoranın dünən baş tutan təmtəraqlı açılış mərasimində Ceyhun Həsənovun oğlu da iştirak edib. Qeyd edək ki, Ceyhun Həsənov Salyan rayonunun Yolüstü kəndində doğulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az