İyul ayında nə qədər adam zəhərlənib? - RƏSMİ

11:18 - 01 Avqust 2022

İyul ayında nə qədər adam zəhərlənib? - RƏSMİ

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib.

 

Bu barədə Manset.az-a KTM-dən məlumat verilib.

Bildirilib ki, onlardan 158-i Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 100-ü dərmandan, 22-si sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan sancıb.

Zəhərlənən şəxslərin 66-sı qadın, 72-si kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü qadın, 3-ü kişidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az