Manset.az Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun Demokrat.az-a müsahibəsini təqdim edir:
— Bu yaxınlarda Rusiya Dövlət Dumasının üzvü Vladimr Jirinovski yenidən Azərbaycanla bağlı sərsəm açıqlamalar verib. Onun fikirləri ilə tanışsınızmı?
— Bəli, tanışam. Bu, Jirinovskinin ilk belə açıqlaması deyil. Mənim nazir fəaliyyətim dövründə də onun bu cür çıxışları zamanı Rusiyaya bu ölkədəki səfirliyimiz vasitəsilə etiraz nota göndərirdik. Jirinovskinin mövqeyi bəllidir. Onun bu cür çıxışları əsas yerli auditoriya üçün nəzərdə tutulub. Onun imici belədir. İnanmıram ki, Jirinovskinin bu açıqlamaları nəyisə dəyişdirsin. Azərbaycanla Rusiya arasındakı yüksək əlaqələrə bu cür açıqlamalar ziyan vurmaz, çünki Jirinovskini hamı tanıyır. Moskvadakı siyasi elitada da o, yaxşı tanınır. Hər kəs bilir ki, onun çıxışları hər zaman belə sərtdir. Ona görə də, onun işlətdiyi ifadələrin nəyisə dəyişdirəcəyini düşünmürəm.
— Sizcə, Jirinovskinin bu cür sərsəm açıqlamalarını ciddiyə almaq lazımdırmı?
— Məncə, onun açıqlamalarına fikir vermək lazımdır, amma ciddi qəbul etməməliyik. Bəziləri iddia edir ki, güya Jirnovski Rusiya rəhbərliyini sözlərini çatdırır. Amma mən inanmıram ki, Jirinovskinin bu çıxışında Putinin fikirləri olsun. Əgər Jirinovskinin əvvəlki çıxışları öz yerini tutsaydı, təsdiqlənsəydi, indi belə fikirləşmək olardı.
Azərbaycan tərəfi onun çıxışı ilə bağlı öz mövqeyini bildirdi. Bildiyim qədər, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvadan Bakıya çağrılaraq təlimatlandırılıb, bu məsələyə səfirimiz də öz etirazını bildirib. Biz öz mövqeyimizi tam olaraq Rusiyaya çatdırmışıq. Birmənalı şəkildə reaksiya verməli, mövqe bildirməliyik. Diplomatiyada bu cür fikirlərə reaksiya verməmək həmin fikirləri qəbul etmək kimi dəyərləndirilir. Biz də öz mövqeyimizi bildirməklə cavabımızı vermiş olduq. Amma soruşsanız ki, bununla nəsə dəyişdimi, düşünmürəm.
— Türkiyədə baş verən yanğınlarla bağlı Azərbaycan qardaş ölkəyə dəstək göstərir, yardım qrupları göndərib Bununla bağlı siz nə deyə bilərsiniz?
— Bizim cənab Çavuşoğlu ilə dostluq münasibətlərimiz var və bu gündə davam edir. Belə günlərdə Türkiyəyə yardım mütləq lazım idi. Cənab Prezidentin göstərişi ilə xeyli sayda texnika və canlı qüvvə Türkiyəyə göndərildi. Bu hadisələrdə qardaş Türkiyənin yanında olmalı idik. Azərbaycan Türkiyəni birmənalı şəkildə dəstəkləməli idi və Prezidentin tapşırığı əsasında bu, reallaşdı. Bu, çox böyük və qardaşlığa yaraşan addım oldu. Fürsətdən istifadə edib, qardaş Türkiyənin bu bəladan tezliklə xilas olmağını arzu edirəm.
— Zaman-zaman övladlarınız haqqınızda ermənilərlə qohumluğunuz barədə söhbətlər gündəmə gəlir. Hətta, övladınızın erməni əsilli xanımla evlənməsi kimi xəbərlər yayılıb. İstərdim ki, bu söz-söhbətlərlə bağlı dəqiq açıqlamanı öz dilinizdən eşidək. Oğlunuzun erməniəsilli xanımla ailə həyatı qurması doğrudurmu?
— Xeyr, bu əsla ola bilməz. Nə mənim ailəmin, nə də gəlinimin nə ana tərəfdən, nə də ata tərəfdən erməni ilə qan qohumluğu yoxdur, olmayıb da. Bunlar hamısı boş-boş söhbətlərdir. İndi ad qaralamaq istəyən adamlar çoxdur, niyə etmək istəyirlər bilmirəm, özləri bilərlər. Necə deyərlər, babalı onların boynuna. Ona görə də, bu məsələni heç şərh etmək belə istəmirəm.
— Bəs gəlininiz hansı millətin nümyəndəsidir?
— Övladımının həyat yoldaşının bir tərəfi italyan, bir tərəfi isə irlandiyalıdır. Qudalarım isə rəhmətə gediblər. Gəlinim çox yaxşı insandır, peşəkar həkimdir. Gəlinim oğlumla Amerikada universitetdə bir yerdə oxuyublar, elə orada tanış olub, evləniblər.
Məmmədyarov ilk dəfə gəlinindən danışdı
20:27 - 11 Avqust 2021

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Xırdalanda DOST Mərkəzi yanır

Sabah 3 rayonda qaz olmayacaq

"Azəriqaz" rəhbərliyi Naxçıvan RQİİ-də - FOTOLAR

“Uşağı boğaraq öldürən şəxsə ömürlük cəza verdim” - Tanınmış eks-hakim

Kəlbəcər şəhər yollarının tikintisi sürətlə və keyfiyyətlə aparılır - VİDEO/FOTO

Sabah hava necə olacaq?

Küləkli hava nə vaxtadək davam edəcək?

Birbank-ın “İndi al, sonra ödə” imkanı ilə Trendyolda alış-veriş daha rahatdır!

Bakıda böyük söküntü olacaq - Bu binalar söküləcək

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyuldu

Rüstəm Qaraxanlı vəfat etdi

Bakının hansı küçələrində sıxlıq var?
Xəbər xətti
- 27 Avqust 2025
- 17:10 Şeyx xaricdə təmtəraqlı ad günü keçirib? - Özündən REAKSİYA
- 17:07 Qubaya kino çəkilişinə gedənlər qəzaya düşdü - Ölən var
- 16:59 “Qalatasaray” Bisuma ilə müqavilə imzalayır
- 16:51 Xırdalanda DOST Mərkəzi yanır
- 16:39 Türkiyədə zəncirvari qəza oldu - Yaralılar var
- 16:35 Sabah 3 rayonda qaz olmayacaq
- 16:11 "Dövlətin maraqları şəxsi ambisiyalarla, populist ritorika ilə təmin edilə bilməz"
- 16:08 Karlos Kuesta bu komandadan təklif aldı
- 16:01 "Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi qəbuledilməzdir" - Peskov
- 15:55 Qəzzaya son hücumlar nəticəsində 7 fələstinli həlak oldu
- 15:52 Sümükləri belə həzm edən inanılmaz mexanizm - Pitonların sirri açıldı
- 15:28 Laçında “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir - FOTOLAR
- 15:17 "Kajiki" qasırğası nəticəsində ölənlərin sayı 7-yə çatdı
- 15:05 "Azəriqaz" rəhbərliyi Naxçıvan RQİİ-də - FOTOLAR
- 14:34 "Yuventus"un futbolçusu Braziliya klubuna keçdi
- 14:17 Naxçıvanda kirayədə yaşayan ailənin övladı yenə yüksək nəticə göstərdi
- 14:00 “Uşağı boğaraq öldürən şəxsə ömürlük cəza verdim” - Tanınmış eks-hakim
- 13:31 Kəlbəcər şəhər yollarının tikintisi sürətlə və keyfiyyətlə aparılır - VİDEO/FOTO
- 13:13 "1920-ci ilin aprelində rus ordusu Azərbaycanı işğal etdi"
- 12:47 Sabah hava necə olacaq?
- 12:41 Bu ölkədə də məktəblərdə smartfonlardan istifadə qadağan edildi
- 12:27 Livan Dünya Bankı ilə 250 milyon dollarlıq kredit sazişi imzaladı
- 12:07 Kabildə avtobus aşdı - 25 nəfər öldü
- 11:59 Batuxan Baymenin Bakıda sərgisi açıldı - FOTOLAR
- 11:50 Avqust üzrə sosial yardımlar ödənildi
- 11:39 Bu ölkədə daşqınlar nəticəsində 30 nəfər öldü
- 11:32 "Tramp həqiqətən Nobel Sülh Mükafatına layiqdir"
- 11:24 İkinci Dünya Müharibəsində batan gəmilər tapıldı
- 11:22 Azərbaycanda 30 il əvvəl törədilən qətlin üstü açılıb
- 11:10 Küləkli hava nə vaxtadək davam edəcək?
- 10:58 Bu halda sosial ödənişlərinizi ala bilməyəcəksiniz
- 10:54 "Putin və Trampın dialoqu dünyanı dəyişəcək" - Dmitriyev
- 10:49 Birbank-ın “İndi al, sonra ödə” imkanı ilə Trendyolda alış-veriş daha rahatdır!
- 10:49 "İran Prezidenti ilə eyni dildə danışırıq, tərcüməçiyə ehtiyacımız yoxdur"
- 10:38 İsrail Dəməşqə zərbələr endirdi - 6 Suriya əsgəri həlak oldu
- 10:35 Laçın Şəhəri Günü münasibətilə möhtəşəm konsertdən FOTOLAR
- 10:28 “Bu, Paşinyanla mənim razılaşmamız deyil”
- 10:20 "Torpağımızda bir nəfər də rus əsgəri yoxdur"
- 10:04 Prezident “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi - Fotolar
- 09:55 Bakıda böyük söküntü olacaq - Bu binalar söküləcək
- 09:46 Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyuldu
- 09:44 “Qarabağ” “Ferentsvaroş”a qarşı
- 09:37 Neftimizin yeni QİYMƏTİ
- 09:24 Astronomlar yeni planet kəşf etdi
- 09:12 Rusiya "Google" və "Wikipedia"nı cərimələdi
- 09:05 Rüstəm Qaraxanlı vəfat etdi
- 09:00 Bakının hansı küçələrində sıxlıq var?
- 08:30 Boğazınız ağrıyırsa, bu qidalardan uzaq durun
- 08:00 Bədənimizi payıza necə hazırlayaq?
- 01:30 “iPhone 17” bu tarixdə təqdim ediləcək
- 00:58 "O qədər də güclü zəlzələ deyil" - Qurban Yetirmişli

