Siyavuş Novruzovdan inanılmaz AÇIQLAMA: "Mən münəccim doğulmuşam"

17:58 - 27 Dekabr 2022

Siyavuş Novruzovdan inanılmaz AÇIQLAMA: \"Mən münəccim doğulmuşam\"

“Proqnozlarımın özünü doğrultması təcrübəmdən irəli gəlir”.

Manset.az xəəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov verdiyi proqnozların bir müddət sonra gerçəkləşməsi haqda səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

O, 20 yaşından siyasətlə məşğul olduğunu qeyd edib:

“Mən münəccim doğulmuşam (gülür). Təbii ki, bu, zarafatdır. Proqnozlarımın reallaşması həyat təcrübəmdən, siyasəti bilməyimdən irəli gəlir. Artıq 30 ildən çoxdur bu işin içindəyəm. 28 il iqtidar partiyasında rəhbər şəxslərdən biri olmuşam. Hər şeyi çox gözəl bilirəm. Müvəqqəti və daimi məsələlər var. Əsas odur ki, dövlət, dövlət başçısı və atasından ona qalan o yol var. Qalan hər şey boşdur. Arzu edirəm ki, proqnozlarım hər zaman Azərbaycanımızın lehinə gerçəkləşsin”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az