Biləsuvar rayonu Bağbanlar kəndi ərazisindən keçən yolda həyəcanlı anlar yaşanıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən maşını aşağı sürətlə idarə edən sürücünün yoluna məktəbli atılır.
Onun həyatı sürücünün ayıq-sayıqlığı nəticəsində son anda xilas olur.
Bu da bir daha kənd və məhəllə daxili, eləcə də məktəb yaxınlığından keçən yollarda sürət həddinin aşağı olmasının vacibliyini vurğulayır.
Sözügedən videonu təqdim edirik: