Azərbaycanda əcnəbilərə iş icazəsinin verilməsinə görə yeni rüsumlar müəyyənləşdi

19:36 - 28 Dekabr 2022

Azərbaycanda əcnəbilərə iş icazəsinin verilməsinə görə yeni rüsumlar müəyyənləşdi

Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə yeni rüsumlar müəyyənləşib.

 

Manset.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq:

1. 10 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1600 manat;
2 ilədək - 1800 manat;

2. 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1400 manat;
2 ilədək - 1600 manat;

3. 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1200 manat;
2 ilədək - 1400 manat məbləğində dövlət rüsumu alınacaq.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az