Yevlax sakinlərindən "Azəriqaz"a MÜRACİƏT - FOTOLAR

17:28 - 08 Fevral 2023

Yevlax sakinlərindən \"Azəriqaz\"a MÜRACİƏT - FOTOLAR

"Səyyar qəbul otağı" bu dəfə Yevlax rayon sakinlərinin müraciətlərinin dinlənilməsi üçün qurulub.

 

"Azəriqaz"dan Manset.az-a verilən məlumata görə, ilk olaraq Tərtər RQİİ-nin rəisi çıxış edərək aksiyanı açıq elan edib.

Daha sonra mikrofon önünə sakinlər çıxaraq müraciətlərini ünvanlayıblar. Rafiq Balakişiyev, Asif Məmmədov və Qədir Məmmədov istehlak edilən qaza görə onlara yazılan debitor borcun yenidən araşdırılmasını istəyiblər. Yevlax rayonunun Aşağı Bucaq kəndindən qatılan Röyal Əkbərov küçə qaz xəttinin çəkilməsini xahiş edib.

Səslənən 15-ə yaxın müraciətlər arasında 6 saylı uşaq bağçasının qazlaşdırılması və qaz xəttinin yerinin dəyişdirilməsi kimi məsələlər də yer alıb. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az