DYP Formula-1-lə bağlı sürücülərə müraciət etdi

13:41 - 27 Aprel 2023

DYP Formula-1-lə bağlı sürücülərə müraciət etdi

Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

 

İdarədən Manset.az-a bildirilib ki, sürücülərdən "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etmələri xahiş olunur.

Eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlardan qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş edilir.

Qeyd edilib ki, DYP-nin müraciəti yarışla əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədi daşıyır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az