Koronavirusa yoluxma statistikası: 3 nəfər öldü

21:00 - 28 Aprel 2023

Koronavirusa yoluxma statistikası: 3 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 834 nəfər müalicə olunaraq sağalıb, 10 238 nəfər vəfat edib, aktiv xəstə sayı 244 nəfərdir.

Ölkədə son sutka ərzində 1 081, hazırkı dövrədək isə 7 588 338 test aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az