Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO (YENİLƏNDİ)

15:00 - 29 Aprel 2023

Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO (YENİLƏNDİ)

Xalq artisti, "Şöhrət" ordenli qarmon ifaçısı Aftandil İsrafilov sabah dəfn olunacaq.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə report-a mərhumun qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi aprelin 30-u saat 11:00-da Heydər məscidində olacaq: “Dəfn yerini isə hələ dəqiqləşdirməmişik”.

Mədəniyyət Nazirliyindən isə qeyd edilib ki, tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla vida mərasimi aprelin 30-u saat 11:00-da Heydər məscidində keçiriləcək. Mərhum sabah saat 12:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, A.İsrafilov bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

***11:16

 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. 

 

Manset.az xəbər verir ki, tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov vəfat edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az