Quba sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlandı

11:14 - 01 May 2023

Quba sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlandı

Quba sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat bildirilib.

Qeyd edilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd "Toz" markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az