Bu gün Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Manset.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi tatamiyə çıxacaq.
31 yaşlı idmançı 1/16 final mərhələsində Aleks Barto (Slovakiya)/Fransua Qotyer Drapau (Kanada) cütünün qalibi ilə üz-üzə gələcək.