Elmi-Tədqiqat Kardiologiya İnstitutunda "Heydər Əliyev İli" çərçivəsində konfrans keçirildi - FOTO

10:47 - 10 May 2023

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda \"Heydər Əliyev İli\" çərçivəsində konfrans keçirildi - FOTO

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşovanın təşəbbüsü ilə ilk dəfə Respublikamızda "Heydər Əliyev İli" çərçivəsində “Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Manset.az xəbər verir ki, konfrans zamanı Heydər Əliyevə həsr olunan möhtəşəm qısametrajlı film göstərilib.


ETKİ-nin direktoru Gülnaz Dadaşova bildirib ki, Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident İlham Əliyev tərəfinən qətiyyətlə həyata keçirilir.

Tədbir haqqında məlumat verən G.Dadaşova diqqətə çatdırıb ki, konfransda bir neçə əlaqəli ixtisasların - kardiologiya, onkologiya və ürək-damar cərrahiyyəsinin kəsişməsində çalışan tanınmış ekspertlər iştirak edirlər və üç günlük beynəlxalq konfrasda tibbdə yeni istiqamət - kardioonkologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az