Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı oldu

15:12 - 10 May 2023

Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı oldu

Mayın 10-da Şuşa şəhərində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdirilib.

 

Manset.az xəbər verir ki, filmin nümayişində dövlət və hökumət rəsmiləri, hazırda Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qonaqları, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri iştirak ediblər.

Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran əsərində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunub. Filmin ssenarisi Ümummilli Lider Heydər Əliyevin çıxışları əsasında onun siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.

Filmdə Ümummilli Liderin həyatı, Azərbaycana və xalqa bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı ardıcıl siyasətdən bəhs olunur. Eyni zamanda, işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə otuz illik işğaldan azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması da filmdə yer alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az