Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin xatirəsini yad etdi - FOTOLAR

16:28 - 10 May 2023

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin xatirəsini yad etdi - FOTOLAR

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

 

Manset.az xəbər verir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin xatirəsinə dərin ehtiramını bildirib.

Eyni zamanda, Agentliyin və tabeliyində olan qurumların əməkdaşları da Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyevin abidəsi önünə əklil qoyulub və gül dəstələri düzülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az