Son sutkada neçə nəfər koronaya yoluxub?

18:21 - 10 May 2023

Son sutkada neçə nəfər koronaya yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 831 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 201 nəfər müalicə olunaraq sağalıb, 10 260 nəfər vəfat edib, aktiv xəstə sayı 138 nəfərdir.

Son sutka ərzində 827, hazırkı dövrədək isə 7 600 248 test aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az