Ədliyyə Nazirliyi Penitensiar xidməti, Bakı İstintaq təcridxanasının əməliyyat aparatları, Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsi və Suraxanı rayon Polis idarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları birgə uğurlu əməliyyat tədbirləri keçirib.
Manset.az apa-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rufan Məhəmməd Rəsul oğlu Azəri tərəfindən Suraxanı rayonu ərazisində zibilxanada gizlətdiyi 1 ədəd lüləsi kəsilmiş tüfəng aşkar edilərək götürülüb.