Hərbi vəzifəlilər yenidən toplandı - FOTOLAR

12:44 - 16 May 2023

Hərbi vəzifəlilər yenidən toplandı - FOTOLAR

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.

 

Müdafiə Nazirliyindən (MN) Manset.az-a verilən məlumata görə, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin edilir.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, eyni zamanda ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək və düzgün, effektiv istismar qaydalarını öyrətməkdir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az