““Pirls 2021” qiymətləndirməsinin nəticələri elan edilib. Bu tədqiqat COVID təsirlərini ölçməyə yönəlib. Gözlənildiyi kimi qlobal təhsil nəticələrində geriləmə müşahidə edilib”.
Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, qiymətləndirmədə Azərbaycan da daxil olmaqla 65 ölkə iştirak edib: “Ümumilikdə 184 qrup üzrə 5,3 min şagird iştirak edib. Oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb”.
Nazir qeyd edib ki, COVID-in təsirləri təhsilə ciddi təsir edib: “2026-ci ildə keçiriləcək növbəti “Pirls”in nəticələri açıqlananda biz biləcəyik ki, itirdiklərimizi bərpa etmişik, ya yox. Təsirlər təkcə Azərbaycanda yox, bütün dünya ölkələrinin tədrisində hiss olunub. Yalnız 5 ölkə üzrə nəticələr stabil qalıb”.