"Açıq mikrofon" bu dəfə Qusarda - FOTO

19:07 - 17 May 2023

\"Açıq mikrofon\" bu dəfə Qusarda - FOTO

"Səyyar qəbul otağı"nın növbəti ünvanlarından biri də Qusarın Avaran kəndi olub.

 

Manset.az xəbər verir ki, aksiyaya qatılan 20-yə yaxın sakin eyni müraciətlə çıxış edib.

Müraciətlərin məğzi isə Avaran kəndinin mavi yanacaqla təmin olunmasından ibarət olub. Aksiyada iştirak edən Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi "Səyyar qəbul otağı"nda ünvanlanan müraciətlərin Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildirib. Görüşdə səsləndirilən problem və təkliflər Xaçmaz RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az