Bağlanan bankın kartlarındakı pullar belə qaytarılacaq - AÇIQLAMA

11:30 - 18 May 2023

Bağlanan bankın kartlarındakı pullar belə qaytarılacaq - AÇIQLAMA

Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank”da olan əmək haqqı və plastik kartlardakı vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək.

 

Manset.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

“Həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək. Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir”, - V.Bayramov bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az