Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Manset.az-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxsin Yevlax rayon sakini Yusif Yusifov olduğu müəyyən edilib.
A.Babayevanı deyib ki, şəxsdən istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:
“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”.
Qurum rəsmsi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.