Qubad İbadoğlunun şikayəti təmin edilmədi

16:00 - 28 İyul 2023

Qubad İbadoğlunun şikayəti təmin edilmədi

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə bağlı həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Məhkəmə seçilmiş qətimkan tədbirinin ləğv edilməsi üçün əsaslar olmadığını qeyd edərək şikayəti rədd edib.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az