Bakıda qadınlar arasında kütləvi dava olub.
Manset.az “lent.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, M.Seyidov küçəsində qeydə alınıb.
Bir qrup qadın arasında düşən davada 1971-ci il təvəllüdlü Aybəniz Əlibəyova döyülüb.
Hadisə barədə polisə məlumat verilib.
Hazırda polis A.Əlibəyovanı döyən qadınların müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.