Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələrin quraşdırılması davam edir

12:39 - 02 Avqust 2023

Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələrin quraşdırılması davam edir

Bakı şəhəri, Heydər Əliyev prospektində P tipli istiqamətverici lövhələrin quraşdırılması davam edir. Lövhələrin quraşdırılması işləri prospektin şəhər istiqamətində, 26.4-cü km-də, bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.

 

Manset.az xəbər verir ki, qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti  hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az