Göygöldə oğurluqda şübhəli bilinən şəxslər SAXLANILDI

15:16 - 04 Sentyabr 2023

Göygöldə oğurluqda şübhəli bilinən şəxslər SAXLANILDI

Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən “QAZ-31029” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Tural Məmmədov və əvvəllər məhkum olunmuş Vasif Niyazlı müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların həmin gecə Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarından qoyun oğurlamaları da müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az