Hərbi vəzifəlilərin növbəti toplanışı keçirilir

13:13 - 05 Sentyabr 2023

Hərbi vəzifəlilərin növbəti toplanışı keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.

 

Manset.az xəbər verir ki, təlim toplanışında hərbi vəzifəlilərlə sıra və rabitə hazırlığı məşğələləri təşkil olunur, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları öyrədilir.

Toplanışın keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az