Sosial yardımlar 3 dəfə ARTIB

23:13 - 28 Dekabr 2023

Sosial yardımlar 3 dəfə ARTIB

Son 5 ildə Azərbaycanda ünvanlı sosial yardımın aylıq məbləği 3 dəfə artıb.

 

Manset.az  xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.

Nazir bildirib ki, bu dövr ərzində Azərbaycanda minimum pensiyalar 2,5 dəfə, orta pensiyalar 2,1 dəfə, sosial müavinət və təqaüdlər 5 dəfə, ünvanlı sosial yardımın aylıq məbləği isə 3 dəfə artıb. “Bunlar çox böyük və əhatəli proqramlardır. Ümumilikdə bu sosial islahatlar 4 milyondan çox vətəndaşımızı əhatə edir. İllik məbləği 7 milyard manata bərabərdir. Bu rəqəm Azərbaycanın sosial siyasətinin ən bariz göstəricisidir”, - deyə nazir vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az