Qubada saxlanılan Sumqayıt sakinlərindən narkotik AŞKARLANDI

10:01 - 29 Dekabr 2023

Qubada saxlanılan Sumqayıt sakinlərindən narkotik AŞKARLANDI

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən iki nəfər saxlanılıb.

Onlar əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri İsmət Süleymanov və Vüsal Məstiyevdir.

Həmin şəxslər qrup şəklində Quba rayonuna əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 1 kiloqramdan artıq narkotik vasitəni aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az