Çin bu ölkələrə 30 günlük vizasız giriş imkanı verir

13:31 - 15 May 2025

Çin bu ölkələrə 30 günlük vizasız giriş imkanı verir

Çin Xarici İşlər Nazirliyi Braziliya, Argentina, Çili, Peru və Uruqvay vətəndaşlarının 30 günə qədər Çinə vizasız daxil olmasına icazə veriləcəyini açıqlayıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Braziliya, Argentina , Çili, Peru və Uruqvay vətəndaşları 30 gündən çox olmamaq şərti ilə iş, turizm, ailə səfərləri və adi pasportlarla tranzit səyahətləri üçün vizadan azad oluna bilərlər.

Yeni qanun 1 iyun 2025-ci ildə qüvvəyə minəcək. 31 may 2026-cı il tarixinədək qüvvədə olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv