Türkiyədə Abant İzzet Baysal Universitetini bu il bitirən 27 yaşlı Muğdat Esener, iyulun 22-də Van avtovağzalında infarkt keçirərək həyatını itirib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Esenerin evində saxladığı iti isə sahibinin dəfnindən sonra məzarını tərk etməyib. İt, günlərdir məzar başında saatlarla gözləyir. Sosial şəbəkələrdə paylaşılan fotolar onun sahibinə olan dərin bağlılığını nümayiş etdirir. Akocak kənd sakini Nadir İşıqsal, "İt 10 gündür burada keşik çəkir, hara aparsaq, yenə də məzarın başına qayıdır" deyə bildirib.