Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə, Afrikada 307 milyon insan aclıqla mübarizə aparır və 40 milyon insan ölüm riski ilə üz-üzədir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2025-ci il Ümumdünya Ərzaq Təhlükəsizliyi və Qidalanmanın Durumu Hesabatına əsasən, qitə əhalisinin beşdə biri aclıqla qarşı-qarşıyadır. 2030-cu ilə qədər dünyada aclığın 60 faizi Afrikaya aid olacaq.
Qlobal maliyyə kəsilməsi və Afrikadakı vəziyyətin pisləşməsi səbəbindən 40 milyon insan ölüm riski ilə üz-üzədir. Eyni zamanda, Avropa ilə Afrikanın münasibətləri, iqtisadi və siyasi maraqlar üzərində cəmlənib, bu da qlobal aclıq problemini həll etməkdə çətinliklər yaradır.