İranın 26 əyalətində, o cümlədən Tehran, Qum, İsfahan və Ərdəbil şəhərlərində 6 avqust dövlət qurumları, məktəblər və universitetlər isti hava dalğası səbəbindən bağlanacaq.
Manset.az İran mediasına istinadən xəbər verir ki, bu qərar, enerji istehlakının azaldılması və elektrik şəbəkəsinin qorunması məqsədilə qəbul edilib.
İran Elektrik Şəbəkəsinin baş direktoru Ərdəşir Mezkuri, yüksək temperatur və soyutma sistemlərinin istifadəsinin elektrik istehlakını rekord səviyyəyə qaldırdığını bildirib. Bu həftə istehlak 77 min meqavata çatıb. Banklar növbətçilik əsasında xidmət göstərməyə davam edəcək, təcili yardım və sağlamlıq mərkəzləri isə fəaliyyətini dayandırmayacaq.
İran Meteorologiya Xidməti, isti hava dalğasının davam edəcəyini xəbərdarlıq edərək, vətəndaşlara elektrik enerjisinə qənaət etməyi tövsiyə edib.