Qəzza Zolağında son 24 saatda aclıqdan 5 nəfər öldü

15:31 - 06 Avqust 2025

Qəzza Zolağında son 24 saatda aclıqdan 5 nəfər öldü

İsrailin hücumları və blokadası səbəbi ilə Qəzza zolağında son 24 saatda ikisi uşaq olmaqla 5 nəfər aclıqdan həlak olub.


Manset.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, aclıqdan ölənlərin sayı 96-sı uşaq olmaqla 193-ə çatıb.

Qəzza, su, dərman və tibbi avadanlıq çatışmazlığı ilə ciddi humanitar böhran yaşayır. İsrailin hücumları və blokadası nəticəsində 2 milyon fələstinli evsiz qalıb və 61,020 nəfər həlak olub, 150,671 nəfər yaralanıb. Mülki infrastrukturun məhv olması və çadırlarda yaşama şəraitinin pisliyi vəziyyəti daha da ağırlaşdırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az