Bu ölkədə güclü zəlzələ oldu

09:16 - 08 Avqust 2025

Bu ölkədə güclü zəlzələ oldu

Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) Okeaniya ölkəsi Papua Yeni Qvineyada 5,9 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.


Manset.az xəbər verir ki, zəlzələnin episentri Yeni İrlandiya adasında yerləşir və təxminən 19 kilometr dərinlikdə baş verib.

Əldə olunan ilkin məlumatlara görə, zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib və hər hansı bir can və mal itkisi qeydə alınmayıb.

Qeyd edək ki, Papua Yeni Qvineya Sakit Okeanın "Alov halqası"nda yerləşir və bu bölgə dünyanın ən aktiv zəlzələ və vulkanik fəaliyyətlərinə şahidlik edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az