ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

11:08 - 08 Avqust 2025

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Dövlət Departamenti İranla əlaqəsi olan 18 şəxs və təşkilata qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb. Bəyanatda qeyd edilib ki, bu şəxslər və təşkilatlar "İranın ABŞ sanksiyalarından yayınmasına şərait yaratdığı üçün" sanksiya siyahısına salınıblar.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni tətbiq edilən sanksiyalar arasında maliyyə və İT şirkətləri də yer alır. Xüsusilə, bu təşkilatlardan birinin "İran təhlükəsizlik qüvvələrinə ictimai internetə girişi məhdudlaşdırmağa imkan yaratdığı" vurğulanıb.

Birləşmiş Ştatlar, həmçinin, İrana qarşı sanksiyalardan yayınma və qeyri-qanuni yollarla əldə edilmiş xarici gəlirləri geri qaytarmağa yönəlmiş cəhdlərlə mübarizə aparacağını bildirib.

Sanksiyalar, İranın ABŞ-nin tətbiq etdiyi iqtisadi məhdudiyyətləri aşma və qeyri-qanuni maliyyə əməliyyatlarına qarşı ciddi tədbirlər görməyi hədəfləyir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az