ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduronun həbsinə və ya mühakimə olunmasına səbəb olan məlumatlara görə mükafatı 50 milyon dollara qədər artırdığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, Maduronun tutulmasına görə verilən mükafat məbləği 25 milyon dollardan 50 milyon dollara yüksəldilib.
Bəyanatda qeyd olunub ki, Maduronun ABŞ-ın narkotik qanunlarını pozduğu və o, on ildən artıqdır ki, narkotik qaçaqmalçılığından məsul olan "Cartel de los Soles" cinayətkar təşkilatının lideridir.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi iyulun 25-də “Cartel de los Soles”i Xüsusi Təyin olunmuş Qlobal Terrorçu (SDGT) olaraq təyin edib. ABŞ, eyni zamanda, 2024-cü il seçkilərini Venesuelada qanuni saymadığını və Maduronu ölkənin prezidenti kimi tanımadığını açıqlayıb.
Həmçinin, bəyanatda vurğulanıb ki, bu mükafata görə hər hansı bir məlumat verən dövlət qulluqçuları və işçiləri azad ediləcək.