Trampdan Zelenski barədə gözlənilməz qərar

09:31 - 13 Avqust 2025

Trampdan Zelenski barədə gözlənilməz qərar

ABŞ Prezidenti Donald Tramp bu gün Ukrayna Prezidenti Volodimir Zelenski və bir neçə Avropa lideri ilə onlayn görüş keçirəcək.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu toplantı, Trampın Putinlə 15 avqust cümə günü Alyaskada baş tutacaq görüşündən öncə hazırlıq xarakteri daşıyır. Ağ Ev rəsmisi Trampın Zelenski və digər Avropa liderləri ilə müzakirələr aparacağını təsdiqləyib və bu danışıqlarda Putinlə planlaşdırılan zirvə öncəsi vəziyyətin dəyərləndiriləcəyini bildirib.

Tramp mətbuat konfransında bildirib ki, Putinlə görüşün yaxşı keçəcəyinə ümid edir və əsas məqsədin atəşkəsə nail olmaq olduğunu vurğulayıb: “Putinə deyəcəyəm: Bu müharibəyə son qoymalısan".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az